"Minsk 2019": Cüdoçu Gültac Məmmədəliyeva 1/4 finala vəsiqə qazanıb

"Minsk 2019": Cüdoçu Gültac Məmmədəliyeva 1/4 finala vəsiqə qazanıb
14:47 22 İyun 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, 52 kq çəkidə mübarizə aparan idmançı əvvəlcə Katri Kakkonu (Finlandiya), ardınca Çarlin Van Sniki (Belçika) məğlub edib. O, 1/4 finalda Aqata Perentslə (Polşa) qarşılaşacaq.
Digər cüdoçulara gəlincə, 52 kq çəkidə çıxış edən Aleksandra Larisa Florian 1/16 finalda Karolina Pienkovskaya (Polşa) uduzub.
48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroa ilə üz-üzə gələcək. 57 kq çəkidə İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb.
66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/minsk-2019-gultac-memmedeliyeva-1-4-finala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR