Bu il Azərbaycan 3 beynəlxalq turizm sərgisində iştirak edəcək

Bu il Azərbaycan 3 beynəlxalq turizm sərgisində iştirak edəcək
20:48 15 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Bu il Azərbaycan 3 beynəlxalq turizm sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyi 22 - 25 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2015", 23 - 25 yanvar tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək "The New York Times Travel Show 2015" və 28 yanvar - 1 fevral tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək "FİTUR 2015" beynəlxalq turizm sərgilərində iştirak edəcək.

Qurumdan Trend-ə verilən məlumata görə, qeyd olunan sərgilərdə nazirliklə yanaşı, ümumilikdə 22 turizm şirkəti və 5 mehmanxana təmsil olunacaq.

Məlumat üçün qeyd etmək yerinə düşər ki, İstanbul şəhərində keçiriləcək "EMİTT 2015" sərgisi Nazirliyin 2015-ci ildə iştirak edəcəyi ilk beynəlxalq turizm sərgisidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2353801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR