Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb

Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb
16:07 22 İyun 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb.
”Report”un Aran bürosu xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suda batan Aşağı Noxudlu kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun meyiti günorta saatlarında dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən 6 kilometr aralıda suda aşkar olunaraq çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

*** 09:57
Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti batdığı yerdən 6 kilometr aralıda tapılaraq sudan çıxarılıb. 
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kur-cayinda-batan-ikinci-qardasin-da-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR