522 min hektar sahədə taxıl biçilib - Nazirlik

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Metbuat.az-a verilən məlumata görə, iyunun 22-nə olan operativ məlumata görə, ölkə ərazisində 522 min 759 hektar ərazidə taxıl biçini aparılıb, 288 min 398,7 hektar ərazidə arpa, 234 min 360,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə isə bu günədək ölkə üzrə 1 milyon 649 min 35 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,5 sentner təşkil edir.

Ağdam, Ağcabədi, Balakən, Biləsuvar, Kürdəmir, Masallı, Neftçala, Saatlı, Yevlax, Ucar, Zərdab, Sabirabad rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Qax, İmişli, Füzuli, Lənkəran, SamuxTərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir.

İmişli ərazisində arpa əkilmiş 6322 hektar sahənin 6317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3814,5 hektar sahənin 3797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR