Azərbaycanda istismarı başa çatmış quyulardan neft çıxarılacaq (VİDEO)

Azərbaycanda istismarı başa çatmış quyulardan neft çıxarılacaq (VİDEO)
20:51 15 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

“Neft Daşları”nda “qara qızıl” hazırda üç üsuldan istifadə etməklə yerin altından çıxarılır. Neftin çıxarılmasını həyata keçirmək üçün müasir texnalogiyalardan da geniş istifadə edilir. Bu istiqamətdə insan əməyindən az istifadə üçün artıq neft şəhərində yeni avadanlıqlar quraşdırılıb.

ANS TV-nin məlumatına görə, "Neft Daşları”na iş növbəsini təhvil alacaq işçiləri paytaxtdan gəmilər gətirir.

Növbəli şəkildə çalışan neftçilər yalnız müəyyən yoxlanışdan və neft şəhərində işlədiyini təsdiq edən sənədi təqdim etdikdən sonra əraziyə buraxılır.

Növbə təhvil alınır və hər bir işçi cavabdeh olduğu neft quyusunun iş prossesinə nəzarəti həyata keçirməyə başlayır.

Hazırda “Neft Daşları”nda 438 quyudan neft çıxarma prosesi aparılır. Neft məhz dənizdə qazılan quyulardan çıxarılır.

“İşlərimiz çox yaxşıdır, gözəldir. 34 ildir ki, bu neft sahəsində çalışıram. Məndən öncə də bu quyu istismar olunub. Soyuq havada, qazda donma olur, amma biz qızıdırıcılar vasitəsilə qazı qızdırırıq ki, donma olmasın”, – deyə neftçi Mail Hacıyev bildirib.

Neft quyularında çalışan neftçinin əsas işi quyulara, havanın necə olmasından asılı olmayaraq nəzarəti düzgün həyata keçirməkdir. Quyuların fəaliyyətində yaranan problemlər isə təmir xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır.

Problemlərin aradan qaldırılması isə hər bir borunun quyudan çıxarılması ilə həyata keçirilir.

Dərinliklərdən gələn qum, duz borulardan təmizləndikdən və digər problemlər aradan qaldırıldıqdan sonra isə neft quyusunun fəaliyyəti yenidən bərpa edilir.

“Neft Daşları”nda “qara qızıl” indi üç üsuldan istifadə etməklə yerin altından çıxarılır. Lay qatlarının təbii təzyiqindən yararlanmaqla, qaz təzyiqinin lay qatlarına vurulması və elektrik dalma nasoslarının vasitəsilə. Neftin çıxarılmasını həyata keçirmək üçün indi müasir texnalogiyalardan da geniş istifadə edilir. Bu istiqamətdə insan əməyindən az istifadə üçün artıq neft şəhərində yeni avadanlıqlar quraşdırlıb.

Neft-Qaz çıxarma sahəsinin rəisi İsrail İsmixanovun sözlərinə görə, Dövlət Neft Şirkəti “Azneft” İB-nin tərəfindən bütün qurğular təkmilləşdirilib. Və sahə kompüter sistemilə təchiz edilb.

“Neft Daşları” olan ərazi neftlə bol ərazi hesab edilir. Ona görə də illər əvvəl mövcud olmuş, lakin bir neçə ildir istismarı başa vurmuş neft quyuları hazır ki, dövrdə yenidən istismara hazır vəziyyətə gətirilir. Buda ona görə baş verir ki, həmin laylarda hələ də neft qalmaqdadır.

Hər gün neft quyularının məhsuldarlığına da nəzarət edilir. Xüsusi çənlər vasitəsilə lay qatlarından çıxan “qara qızıl”ın tərkibində nə qədər su olması ölçülür. Laboratoriyada isə neftin çıxarıldığı lay qatının neftlə birlikdə çıxan suyun və neftin tərkibi yoxlanılaraq “qara qızıl”ın hansı keyfiyyətdə olması müəyyən edilir.

Qeyri-adi olan bu prosseslər isə artıq illərdir neft daşlarında çalışan hər bir işçinin həyat tərzinə çevrilib. Neftçilər demiş: “Allah neftimizi bol eləsin”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=319931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR