Azərbaycan samboçuları Minskdə iki bürünc medal qazanıblar (FOTO)

Azərbaycan samboçuları Minskdə iki bürünc medal qazanıblar (FOTO)
19:55 22 İyun 2019
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 22-də Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycan idmançıları iki bürünc medal qazanıblar.

Trend-in məlumatına görə, bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.

M.Xəlilov bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə böyük hesablı məğlubiyyətə uğradıb.

E.Həsənov bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

Qeyd edək ki, Minskdə keçirilən Avropa Oyunlarında millimizi 82 idmançı təmsil edir.

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3080099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR