Samboçularımız Minskdə iki medal qazanıb

İyunun 22-də Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycan idmançıları iki bürünc medal qazanıblar.

Metbuat.az xəbər verir ki, bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.

M.Xəlilov bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə böyük hesablı məğlubiyyətə uğradıb. E.Həsənov isə bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

Qeyd edək ki, Minskdə keçirilən Avropa Oyunlarında millimizi 82 idmançı təmsil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR