Ruslar kütləvi şəkildə Finlandiya vətəndaşı olurlar

20:53 15 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

2014-cü ildə Finlandiya vətəndaşlığını almış əcnəbilərin əksəriyyəti rusiyalı olub. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Finlandiya Miqrasiya Xidməti xəbər yayıb.

Xidmətdən bildiriblər ki, ötən il ümumilikdə təqribən 8,5 min əcnəbi bu ölkənin vətəndaşlığını qəbul edib. Onlardan 2,3 mini rusiyalıdır.

Bundan başqa, rəsmi Helsinki 1,3 min əcnəbiyə siyası sığınacaq verib. Onların çoxu Rusiya, İraq və Somali vətəndaşlarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2353795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR