II Avropa Oyunlarının üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal oynanılacaq

II Avropa Oyunlarının üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal oynanılacaq
11:22 23 İyun 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

"Minsk 2019" II Avropa Oyunlarının üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal sahibini tapacaq.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bu, Oyunların rekord göstəricisidir. Ümumilikdə isə bu gün mübarizə 10 növü əhatə edəcək.
Azərbaycan idmançıları bu növlərdən 6-da çıxış edəcəklər. Boksçular, samboçular və cüdoçular hərəyə 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Eyni zamanda idman akrobatikası, bədii gimnastika, velosiped idmanının şosse, güllə və stend atıcılığı üzrə yarışlar olacaq.
23 iyun
Gimnastika
16:03. İdman akrobatikası, dinamik hərəkətlər
Qarışıq cütlər, final
Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi
15:20. Bədii gimnastika
Fərdi yarışlar, top, final
Zöhrə Ağamirova
15:40. Bədii gimnastika
Fərdi yarışlar, gürz, final
Zöhrə Ağamirova
Sambo
1/4 final, kişilər
11:00. 52 kq
Ağasif Səmədov – Gintaras Katkus (Litva)
11:26. 62 kq
Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)
11:52. 74 kq
Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)
Cüdo, kişilər
11:30. 73 kq
Rüstəm Orucov – Sedrik Bessi (Monako)
Hidayət Heydərov – İnqvari Mikloş (Macarıstan)
Qadınlar
11:30. 63 kq
Nuriyə Axundova – Adriana Stefaniya Dobre (Rumıniya)
Boks
15:00. 49 kq. 1/8 final
Rüfət Hüseynov – David Alaverdian (İsrail)
19:30. 64 kq. 1/16 final
Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)
21:00. 75 kq, 1/8 final
Kamran Şahsuvarlı – Maykl Nevin (İrlandiya)
Velosiped idmanı
Şosse
13:00. Kişilər, qrup halında yürüş
Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli
Atıcılıq
Güllə atıcılığı
10:15. Kişilər, pnevmatik tapança, 10 m
Ruslan Lunyov
12:15. Qadınlar, pnevmatik tapança, 10 m
Nigar Nəsirova
Stend atıcılığı
10:00. Kişilər, trap
Əli Hüseynli.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/ii-avropa-oyunlarinin-ucuncu-yaris-gununde-7-nov-uzre-37-dest-medal-oynanilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR