“Minsk 2019”: Daha 14 dəst medal sahibini tapacaq

“Minsk 2019”: Daha 14 dəst medal sahibini tapacaq
10:02 24 İyun 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında daha 14 dəst medal sahibini tapacaq.
“Report” xəbər verir ki, dördüncü yarış günündə basketbol, cüdo, gimnastikanın aerobika və batut, atıcılığın stend və güllə atıcılığı növlərində çempion və mükafatçılar bəlli olacaq.
Azərbaycan idmançıları cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışlarda mübarizə aparacaq. Ölkəni fərdi yarışlarda 9 idmançı təmsil edəcək. Batut gimnastikası üzrə sinxron hərəkətlərdə Ruslan Ağamirov və İlya Qrişunindən ibarət cütlük qüvvəsini sınayacaq.

Cüdo
Kişilər

11:30. 90 kq, 1/16 final
Məmmədəli Mehdiyev – Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi
11:30. 100 kq, 1/16 final
Elmar Qasımov – Anton Savitki (Ukrayna)
11:30. 100 kq, 1/16 final
Zelim Kotsoyev – Boyan Dosen (Serbiya)
11:30. +100 kq, 1/8 final
Uşanqi Kokauri – Vinçentso Darko (İtaliya)-Vito Draqiç (Sloveniya) cütünün qalibi
Qadınlar

11:30. +78 kq, 1/8 final
İrina Kindzerska – Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi


Boks
Kişilər
15:00. 56 kq, 1/8 final
Tayfur Əliyev - Nikola Butsenko (Ukrayna)
19:30. 52 kq, 1/8 final
Məsud Yusifzadə - Dmitri Zamotayev (Ukrayna)
20:30. 69 kq, 1/8 final
Lorenso Sotomayor - Adem Fetahoviç (Bosniya və Herseqovina

Qadınlar
17:30. 69 kq, 1/8 final
Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)


Badminton
Kişilər, qrup mərhələsi
G qrupu, I tur
16:00. Azmi Qovumuramadhoni - Kollinz Valentin Filimon (Rumıniya)


Batut gimnastikası
Kişilər, sinxron hərəkətlər19:50. Ruslan Ağamirov-İlya Qrişunin
Qeyd edək ki, hesabından 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Yığmanın heyətində akrobatlar - Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovdan ibarət cütlük qarışıq komanda yarışlarında 3 medal qazanıb. Onlar kombinə olunmuş və dinamik hərəkətlərdə 2-ci, balanslı hərəkətlərdə isə 3-cü olublar. Həmçinin Rüstəm Orucovla (cüdo, 73 kq) Ağasif Səmədov (sambo, 52 kq) gümüş, Hidayət Heydərdov (cüdo, 73 kq), Mehman Xəlilov (sambo, 57 kq) və Emil Həsənov (sambo, 68 kq) bürünc medal əldə ediblər.
Medal sıralamasına 19 qızıl, 10 gümüş və 10 bürünclə Rusiya komandası başçılıq edir.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/minsk-2019-daha-14-dest-medal-sahibini-tapacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR