Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı
12:37 24 İyun 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib.

Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/765596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR