Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi

Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi
12:42 24 İyun 2019
Ölkə mətbuatı
A- A+

Marsın səthində yüksək səviyyədə metan qazının ayrılması planetdə mikro orqanizmlərin olmasından xəbər verir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Qəzetin xəbərinə əsasən, bunu NASA alimləri bildiriblər. Alimlər ötən həftə "Curiosity" aparatının topladığı məlumatları tədqiq ediblər.

Marsdan hava nümunəsi həftənin çərşənbə axşamı götürülüb. Cümə günü isə təcrübələr zamanı havada yüksək miqdarda metan qazı aşkar edilib.

Alimlər "Curiosity"dən əlavə məlumat istəyiblər. Əgər kəşf təsdiqlənsə, yaxın günlərdə rəsmi elan ediləcək.

Kəşf edilən qaz planetin daxilində milyonlarla il mövcud ola bilərdi. İndi isə yarıqlardan üzə çıxır. Amma ehtimal edilir ki, metan qazı bu yaxınlarda sızıb. Çünki nazik qatlı Mars atmosferində metan molekulu asanlıqla günəş işığı və kimyəvi reaksiyalarla bölünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/765614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR