Ölkənin ən önəmli komandasına gəldiyimi bilirəm - "Qarabağ"ın yeni "9 nömrəsi"

"Qarabağ" kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq".

Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın rəsmi saytına açıqlamasında ağdamlıların yeni transferi Xayme, Romero Rodriqes söyləyib.

28 yaşlı ispan yarımmüdafiəçi fikirlərinin davamında bu ifadələri dilə gətirib. "Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim.

Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır, Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir.

Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, məndən istəniləm səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, "köhlən atlar" ispaniya "Kordoba"sından heyətinə qatdığı Xayme ilə 3 illik sözləməyə qol çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR