Gürcüstanın baş naziri: “Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”

Gürcüstanın baş naziri: “Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”
12:52 24 İyun 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib.
Baş nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: “Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. Proporsional sistem ilə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-bas-naziri-bidzina-i-vanisvili-misli-gorunmemis-qerar-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR