BAKIDA DƏHŞƏT: Qəsdən maşını üstünə sürüb öldürdü

BAKIDA DƏHŞƏT: Qəsdən maşını üstünə sürüb öldürdü
13:48 24 İyun 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib.

Publika.az xəbər verir ki, dünən gecə saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyev münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurub. R.Əliyev hadisə yerində ölüb.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/282790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR