ABŞ-a gəlin köçən azərbaycanlı qızın bu görüntüsü səs-küyə səbəb oldu

Bir neçə gün öncə qızının tapılması üçün "Səni axtarıram" verilişinə müraciət edən anaya xoş xəbər verilib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Çikaqo ştatına gəlin köçən Arzudan iki aydır xəbər olmayıb. Bundan narahat olan qadın verilişə müraciət edib. Məlum olub ki, Arzu ailə üzvlərindən küsdüyü üçün onlarla əlaqə saxlamayıb:

"Mənim Cəlilabadda olarkən tanıdığım şagirdlərimdən biri ana olub. Onun övladı xəstə imiş. Məndən gəlinimiz vasitəsi ilə yardım istəyib. Lakin ailəm bunu məndən gizlədib. Hazırda o qadının uşağına yardım etmək üçün işləyirəm. Ailəm belə bir şeyi məndən gizlətdiyi üçün onlardan çox incimişəm".

Lakın qızın anasına göndərdiyi videomesajda izləyicilərin diqqətini onun geyimi çəkib. Verilişin rəsmi Youtube kanalında bu, müzakirələrə səbəb olub. (xezer tv)




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR