İngiltərə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

İngiltərə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb
16:47 24 İyun 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Nyukasl" futbol komandası baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Klub təcrübəli məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından "Nyukasl"a rəhbərlik edirdi. O, 2005-ci ildə "Liverpul"la Çempionlar Liqasını, 2013-cü ildə isə "Çelsi" ilə Avropa Liqasını qazanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-klubu-taninmis-bas-mesqci-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR