Türkiyənin Azərbaycandakı səfiri: "İstanbulda bələdiyyə seçkisinin nəticəsi əhalinin iradəsini əks etdirdi"

Türkiyənin Azərbaycandakı səfiri: "İstanbulda bələdiyyə seçkisinin nəticəsi əhalinin iradəsini əks etdirdi"
17:02 24 İyun 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iyunun 23-də İstanbulda təkrar keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib.
Səfir “Report”a açıqlamasında seçkilərin xalqın iradəsinə uyğun şəkildə reallaşdığını vurğulayıb:
“Seçkilər yekunlaşdı. İstanbul əhalisi seçkilərdə çox fəal iştirak etdilər və onlar öz namizədlərinə səs verdilər. İstanbulda bələdiyyə seçkisinin nəticəsi bu şəhərin əhalisinin iradəsini özündə əks etdirdi. Şəhər əhalisinin təxminən 84 faizi seçkidə iştirak etdi. İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində əhalinin öz namizədinə səs verib yeni bələdiyyə başçısı seçməsi münasibətilə həm Türkiyə xalqını, həm də Azərbaycan xalqını təbrik edirəm”.
Qeyd edək ki, İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu qalib gəlib. Ə.İmamoğlu 54,20 faizdən artıq səs toplayıb. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan namizəd Binəli Yıldırım isə seçkilərdə 44,98 faiz seçicinin səsini toplaya bilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyenin-azerbaycandaki-sefirinden-secki-aciqlamasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR