Gürcüstanda mitinqi zorla dağıdan 10 polis əməkdaşı işdən çıxarılıb, 2-si barədə cinayət işi başlanılıb

Gürcüstanda mitinqi zorla dağıdan 10 polis əməkdaşı işdən çıxarılıb, 2-si barədə cinayət işi başlanılıb
17:27 24 İyun 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan istintaq çərçivəsində 10 polis əməkdaşı işdən çıxarılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze bildirib.
Onun sözlərinə görə, həmin günlər dinc xarakterli keçirilən aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.
M.Çelidze bildirib ki, işdən çıxarılan 2 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları ilə bağlı müvafiq materiallar Baş Prokurorluğa göndəriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-mitinqi-zorla-dagidan-10-polis-emekdasi-isden-cixarilib-2-si-barede-cinayet-isi-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR