Efiopiyada dövlət çevrilişinə cəhd edən təhlükəsizlik xidmətinin başçısı ölkədən qaçarkən öldürülüb

Efiopiyada dövlət çevrilişinə cəhd edən təhlükəsizlik xidmətinin başçısı ölkədən qaçarkən öldürülüb
17:32 24 İyun 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Efiopiyanın Amhara əyalətində dövlət çevirilişinə cəhd edən Təhlükəsizlik Xidmətinin rəhbəri Asamniu Siqe ölkədən qaçmaq istəyərkən öldürülüb.
“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.
Bundan başqa, dövlət çevirilişinə cəhd nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Ölkədə milli matəm günü elan edilib.
Qeyd edək ki, çevirilişi ordu generalı Asamniu Siqenin təşkil edib. 2018-ci ildək A.Siqe ölkədə hakimiyyət çevirilişi hazırlamqda şübhəli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən il o, əfv edilərək, azadlığa buraxılmışdı.
Qeyd edək ki, iyunun 23-də Efiopiyanın baş naziri Abiy Əhməd deyib ki, əhalisinin sayına görə ölkənin ikinci şəhəri olan Amharada dövlət çevirilişinə cəhd olub.
Hadisə nəticəsində Amhara əyaləti hökumətinin başçısı Ambahaya Mekonnen və onun müşaviri həlak olub. Bu hadisədən sonra Efiopiya ordusu Baş Qərargahının rəisi Seare Mekonnen mühafizəçisi tərəfindən öldürülüb. Hazırda mühafizəçi nəzarət altında saxlanılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efiopiyada-ordu-generali-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR