Vergilər Nazirliyi: Elektron xidmətlərin əhatə dairəsi genişləşdiriləcək

Vergilər Nazirliyi: Elektron xidmətlərin əhatə dairəsi genişləşdiriləcək
17:47 24 İyun 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəqəmsal platformalardan istifadəni genişləndirmək lazımdır, çünki bu, dövlət xərclərini azaldır və vergi nəzarətini asanlaşdırır”.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "BMT-nin Dövlət Xidmətləri Forumu"nda Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi planlaşdırır: “Elektron xidmətlər həm dövlət qurumlarının, həm də vergi ödəyəcilərinin işini azaldır. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 68 elektron xidmət göstərir, həmçinin digər dövlət qurumları ilə məlumat mübadiləsi aparır. Hazırda əsas məqsədimiz risk platformalarının rəqəmsallaşdırılmasıdır. Biz elektron xidmətlərin əhatə dairəsini genişləndirmək, növbəti illərdə elektron kassa aparatlarının tətbiqinə başlamaq niyyətindədir. Yeri gəlmişkən, elektron qaimə sistemi uğurla tətbiq olunur”.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyi-elektron-xidmetlerin-ehate-dairesi-genislesdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR