Gürcüstanın daxili işlər naziri ölkə parlamentinə müraciət edib

Gürcüstanın daxili işlər naziri ölkə parlamentinə müraciət edib
18:47 24 İyun 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkə parlamentinə yazılı formada müraciət edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN rəhbəri parlamentdə iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində baş vermiş hadisələrlə əlaqədar olaraq plenar iclasın keçirilməsini tələb edib.
Qeyd edək ki, son günlər Tbilisidə keçirilən etiraz aksiyalarının əsas tələblərindən biri G.Qaxarianın istefa verməsidir. Bu gün paytaxtda bu tələblə avtomobil yürüşü və DİN-in inzibati binaları qarşısında aksiya keçirilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-daxili-isler-naziri-olke-parlamentine-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR