Bakıda jurnalistlər üçün sığorta bazarı haqqında seminar keçirilib

Bakıda jurnalistlər üçün sığorta bazarı haqqında seminar keçirilib
19:17 24 İyun 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə bu gün Bakıda jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.
"Report" xəbər verir ki, dialoq formasında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.
Təlimdə İSB-nin icraçı direktoru Rəşad Əhmədov və MBNP-nın Sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinov geniş təqdimatla çıxış ediblər.
Təlimdən sonra KİV nümayəndələrinin sığorta şirkətinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində sığorta mexanizminin təcrübədə həyata keçirilməsi, o cümlədən satış mexanizmi, iddiaların tənzimlənməsi, anderraytinq və təkrarsığorta və müştəri məmnuniyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatlar təqdim edilib. 




Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bakida-jurnalistler-ucun-sigorta-bazari-haqqinda-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR