Gürcü deputatlar Moskvadakı forumda iştirak etməyəcəklər

Gürcü deputatlar Moskvadakı forumda iştirak etməyəcəklər
20:27 24 İyun 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentində təmsil olunan müxalif Vətənpərvərlər Alyansı Partiyasından olan deputatlar Moskvada iyulun 1-2-də keçiriləcək “Parlamentarizmin inkişafı” mövzusunda beynəlxalq forumda iştirak etməyəcək.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə deputat Giorgi Lomaia məlumat verib.
“Moskvaya getmək fikrimiz yoxdur. Bəli, oraya səfərimiz nəzərdə tutulmuşdu, dəvətnamələr almışdıq. Beynəlxalq Parlamentarizm Forumu çərçivəsində Abxaziya və Osetiya nümayəndələrilə də görüşlər keçiriləcəkdi. Lakin Gürcüstandakı bu son hadisələrdən sonra bütün bunlar, sözsüz ki, baş tutmayacaq”, - parlament üzvü jurnalistlərə bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcu-deputatlar-moskvadaki-forumda-istirak-etmeyecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR