Azərbaycan güləşçilərinin II Avropa Oyunlarındakı rəqibləri bəlli olub

Azərbaycan güləşçilərinin II Avropa Oyunlarındakı rəqibləri bəlli olub
20:47 24 İyun 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı ilk sərbəst güləşçilərinin rəqibləri müəyyənləşib. 
"Report"un məlumatına görə, Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelovla, Hacımurad Hacıyev (74 kq) rumıniyalı Maksim Vasilioqlo ilə, Aleksandr Qostiyev (86 kq) isveçli Stefan Reyçmutla, Camaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piasniakla qarşılaşacaq. 
İdmançıların hər biri mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/azerbaycan-gulescilerinin-ii-avropa-oyunlarindaki-reqibleri-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR