Tbilisidə etirazçıların sayı artıb, Rustaveli prospekti bağlanıb

Tbilisidə etirazçıların sayı artıb, Rustaveli prospekti bağlanıb
21:32 24 İyun 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospekti bağlanıb.
Prospektdə avtomobillərin hərəkəti dayandırılıb.
Bu ərəfədə etiraz aksiyasına Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua da qoşulub. O, jurnalistlərə açıqlamasında aksiyaçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbini dəstəklədiyini bildirib. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-etirazcilarin-sayi-artib-rustaveli-prospekti-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR