Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək

Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək
21:57 24 İyun 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək.
Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.
Onun sözlərinə görə, mərasim sabah saat 12:00-13:00 aralığında baş tutacaq.
“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.
Ş.Hüseynov bu gün 95 yaşında vəfat edib.


Xəbərin orijinal ünvanı: https://report.az/media/sirmemmed-huseynovla-vida-merasimi-bdu-da-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR