"Minsk-2019": Azərbaycan boksçusu 1/4 finala yüksəlib

"Minsk-2019": Azərbaycan boksçusu 1/4 finala yüksəlib
22:07 24 İyun 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan boksçusu Lorenso Sotomayor "Minsk 2019" II Avropa Oyunlarında 1/4 finala yüksəlib.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 69 kq çəki dərəcəsində yer alan kubalı legioner 1/8 finalda Bosniya və Herseqovina təmsilçisi Adem Ferhadoviçə qalib gəlib - 4:1.
Sotomayor növbəti mərhələdə Patriot Behrami (Kosovo) – Vinçentso Manqiaçapre (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. 1/4 final döyüşü iyunun 26-da baş tutacaq.
Lorenso Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü boksçudur. Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominges (81 kq) də "Minsk 2019"da məğlubiyyətsiz irəliləyir.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/minsk-2019-azerbaycan-bokscusu-1-4-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR