Baş nazir: “Gürcüstanda gələn il koalisiya hökumətinin qurulacağı istisna edilmir”

Baş nazir: “Gürcüstanda gələn il koalisiya hökumətinin qurulacağı istisna edilmir”
23:07 24 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

“Proporsional sistemə keçid zamanı biz, koalisiya hökumətinin yaradılacağı ehtimalını istisna etmirik, lakin bu, bizim cəmiyyətin seçimindən asılı olacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze “İmedi” televiziya kanalının efirində bildirib.
Onun sözlərinə görə, siyasətdə yeni simaları görmək Gürcüstan cəmiyyətinin sifarişidir:
“Son seçkilərin nəticələrinə əsasən, bizim əhəmiyyətli dəstəyimiz var. Buna görə də 2020-ci ilin oktyabr seçkilərinin nəticələrini proqnoz etmək uyğun olmaz. Lakin koalisiya hökumətinin yaradılacağına ehtiyacın olacağı ilə bağlı ehtimal təbii ki, mövcuddur. Buna yalnız gürcü xalqı qərar verəcək”.
Hakim Gürcü Arzusu Partiyasının bugünkü qərarı ilə 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/region/bas-nazir-gurcustanda-gelen-il-koalisiya-hokumetinin-qurulacagi-istisna-edilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR