YouthSpeak Forum 2019 uğurla başa çatıb (FOTO)

YouthSpeak Forum 2019 uğurla başa çatıb (FOTO)
02:55 25 İyun 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı önəmli tədbirlərindən biri olan YouthSpeak Forum 2019-u Bakı Ali Neft Məktəbində uğurla başa çatdırdı.

Trend-in məlumatına görə, YouthSpeak Forumu dünyanın 100-dən çox ölkəsində keçirilən beynəlxalq forumdur.

Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM haqqında məlumatlandırmaq məqsədi daşıyan vasitələrdən biridir. YouthSpeak Forumunun əsas məqsədi müxtəlif peşə sahələrindən olan liderləri və Azərbaycan gənclərini bir araya toplamaqla, onları DİM və bir sıra mövzularda müzakirə və fikir mübadiləsinə cəlb etməkdir.

Forumun açılış mərasimində AIESEC Azərbaycan təşkilatının sədri Əşrəf Hüseynov AIESEC Azərbaycan-ın fəaliyyəti haqqında danışıb, bütün iştirakçılara dərin minnətdarlığını bildirdi, daha sonra isə rəsmi qonaqlar olan İnformasiya Texnologiyalar Dövlət Fondunun rəhbəri Azər Bayramov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş üzrə rəhbəri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Fondu yanında Karyera Mərkəzinin Rəhbəri Fəxri Məmmədli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası-nın sədri Məryəm Məcidova çıxış etmişdir.

Forumun son hissəsində iştirakcılar öz sosial layihələrini yaradaraq və onları təqdim edərək müsabiqədə iştirak etmək şansı əldə etdilər. Layihə Təqdimatında münsiflər heyəti tərəfindən seçilərək qalib olan komanda üzvləri AIESEC Azərbaycanın xaricdə keçirilən 6 həftəlik təcrübə proqramında pulsuz iştirak haqqı qazandılar.

AIESEC Azərbaycan təşkilatı dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz dərin minnətdarlığını bildirir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3080850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR