ABŞ İranın ali dini liderinə qarşı sanskiyalat tətbiq edib

ABŞ İranın ali dini liderinə qarşı sanskiyalat tətbiq edib
03:15 25 İyun 2019
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Tramp bildirib ki, bu addım İranın son həftələr ərzində nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə görə atılır.

Məhdudlaşdırıcı tədbirlər həmçinin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı da tətəbiq edilir.

ABŞ prezidentinin sözlərinə görə, yeni sanksiyalar İran rəhbərliyininmaliyyə resurlarına çıxışını bağlamağa yönləndirilib: "Mənim imzaladığım fərman vasitəsi ilə tətbiq edilən sanksiyalar rəhbər və ali dini liderin, həmçinin onun aparatının və onunla bağlılığı olan şəxslərin vacib maliyyə resurlarına və dəstəklərə çıxışlarını bağlayacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3080915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR