Bu günədək ölkə üzrə 1 900 000 tona yaxın taxıl yığılıb - FOTO

Bu günədək ölkə üzrə 1 900 000 tona yaxın taxıl yığılıb - FOTO
09:47 25 İyun 2019
Ölkə mətbuatı
A- A+

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

İyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595 192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299 218,7 hektar ərazidə arpa, 295 973,6 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 890 393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Şəki

21626,3

20210

34,3

Sabirabad

9600

9600

37,5

Zərdab

5730

5730

30,6

Yevlax

5082,5

5082,5

29,0

Cəlilabad

4509,1

4500

34,9

Bərdə

2601

2601

38,9

Beyləqan

1765

1760

29,2

Ağsu

16036

15610

31,0

Biləsuvar

14900

14900

30,9

Hacıqabul

11008

9967

30,0

Goranboy

13449

13284

29,0

Qax

2881

2868

26,0

Masallı

 

2786

2786

21,4

Füzuli

8505

8502

29,1

Ağdam

2215

2215

35,5

Tərtər

3815

3815

33,7

İmişli

6322

6322

34,2

Göyçay

6851

6711

30,5

Salyan

9917

9917

36,2

Ağdaş

11630

11062

23,5

Saatlı

5822

5822

36,2

Siyəzən

2516

2375

28,4

Balakən

457,7

457,7

28,7

Cəbrayıl

550

550

30,5

Ucar

7716

7716

26,7

Zaqatala

3360

2503

27,0

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/765834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR