“Maşın” şou başlayır

“Maşın” şou başlayır
21:26 15 Yanvar 2015
343 Şou
Ölkə mətbuatı
A- A+

“Maşın” realiti-şousu yaxın vaxtlarda efirlərdə olacaq. Hazırda baş prodüserimiz Toğrul Məmmədov bu işlə məşğuldur”.

Axşam.az xəbər verir ki,bunu modern.az-a layihənin rəhbəri, tanınmış şoumen, əməkdar artist Murad Dadaşov tamaşaçıların həvəslə gözlədiyi “Maşın” realiti-şousunun efirə çıxmasından danışarkən deyib.

Onun sözlərinə görə, verilişin dayandırılmasına heç bir problem səbəb olmayıb. Sadəcə arada fasilə verirlər.

M.Dadaşov proqram formatının çox uğurlu alındığını və bunun dəyişməyəcəyini deyib:

“Bu formatı dəyişmək tamaşaçılara qarşı cinayət olar. Əlbəttə, bu düşünülmüş, böyük müzakirələrdən sonra yaranan formatdır və Azərbaycanda ilkdir. Dünya ölkələrində də belə format yoxdur”.

Şoumen verilişin hansı telekanalda yayımlanacağından da danışıb:

“Bu gün telekanal məsələsi hələlik gündəmdə deyil. Demək olar, hər bir kanaldan təklif gəlir. Bu elə bir verilişdir ki, bütün telekanalları bəzəyəcək. Hər bir kanalla dostluq münasibətimiz var. ATV kanalı ilə uzun illərdir ki, yaxın münasibətlrimiz var. Telekanallardan gələn təklifləri dəyərləndirəcəyik”.

Bu yaxınlarda Prezident tərəfindən “Əməkdar artist” fəxri adına layiq görülməsini yüksək qiymətləndirən Murad Dadaşov bunun böyük məsuliyyət olduğunu qeyd edib:

“Cənab Prezidentin mənimlə bağlı atdığı bu addımı yüksək qiymətləndirirəm. Hazırda hər hansı layihə baradə düşünəndə, ilk növbədə ona əməkdar artist kimi yanaşıram, adi bir teleaparıcı, prodüser kimi yox”.

M.Dadaşov rəhbəri olduğu “M-Group Production” şirkətinin fəaliyyətindən də danışıb.

“Hazırda “prodakşn” daha da genişlənir, böyüyür. Əhəmiyyətli işlərlə məşğuluq. Belə ki, Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz üçün tədbirlər keçiririk. Diaspor təşkilatları ilə sıx əlaqələr qururuq. “Prodakşn”ın  daxilində ayrıca “Event” şirkəti də var. Müxtəlif sahələrdə tədbirlərin təşkilini həyata keçiririk. Çox uğurlar qazanmışıq. Şirkətin reklam fəaliyyəti genişlənib”.

Əməkdar artist deyir ki, xaricdən ona çox təkliflər gəlsə də, hazırkı şərait həmin şanslardan istifadə etməyə imkan vermir:

“Xaricdən çox təkliflər gəlir. Bu təkliflər davamlı olur. Sadəcə Azərbaycanın bugünki vəziyyət imkan vermir ki, xarici şirkətlər geniş maraq göstərsinlər. Bu gün telekanallar əksər hallarda “prodakşn”larla maliyyə cəhətdən işləmirlər. Çünki büdcələri kifayət deyil. Bu sahədə çətinliklər yaranır. Amma dünya təcrübəsi onu göstərir ki, heç bir telekanal xəbərlər və müəyyən sosial verilişlərdən başqa ölkə içinə hesablanmış digər proqramların istehsalı ilə məşğul deyil. Hamsını “prodakşn”lardan alırlar. Azərbaycanın iqtisadi durumu bundan ibarətdir ki, telekanallar çalışırlar ki, verilişləri özləri öz hesablarına hazırlasınlar. Bu sahədə də  çətinlik çəkirlər”.

Tanınmış şoumen deyir ki, o heç bir telekanalla rəqabət aparmır və belə də böyük iddiaları da yoxdur. Onun sözlərinə görə, əsas rəqabət xarici telekanallarladır:

“Böyük şeylərə iddiam yoxdur. Lakin mən istəyirəm ki, məhsullarımı telekanallar alsınlar. Biz yerli telekanallarla rəqabət aparmırıq. Hazırda hədəfimiz xarici kanallardır. Azərbaycan teletamaşıçısı xarici kanallara baxmağa daha çox önəm verir. Bunun da bəzi səbəbləri var. Belə ki, əksər yerli verilişlər keyfiyyət baxımından xarici telekanllara uduzur. Hazlrda bizi əsas bu məsələ düşündürür. Biz ilk növbədə bu sahədə peşəkarlarla işləyirik”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR