Lənkəran sakini Astarada 5 kq narkotiklə tutuldu

Lənkəran sakini Astarada 5 kq narkotiklə tutuldu
12:27 25 İyun 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov Astara rayonu ərazisində narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb. Polis əməkdaşları tərəfindən onun üzərinə və əlində daşıdığı sellafon torbaya keçirilən baxış zamanı 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/765854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR