Binəqədi-Novxanı yolunda ağır qəza

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

"Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.

Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb. (Trend)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR