Ermənilərə bomba atıldı (VİDEO, FOTO)

Ermənilərə bomba atıldı (VİDEO, FOTO)
21:26 15 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

6 erməni qətlə yetirən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə keçirilən etiraz aksiyasının iştirakçıları mitinqi Rusiya konsulluğunun binası qarşısında keçirməyə qərar veriblər.

ANS PRESS-in məlumatına görə, "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının deputatı Martun Qriqoryan aksiya iştirakçılarına müraciət edərək mitinqi dayandırmağı istəyib.

Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir. Polis əməkdaşları tərəfindən mühasirəyə alınan bina nümayişçilər girməyə çalışırlar. Polislərə daş atan atan nümayişçilərə qarşı qaz bombalarından istifadə edildiyi də bildirilir. Polisin işıq bombalarından da istifadə eydiyi görüntülərdə yer alıb.

Ermənistan hüquq-mühafizə orqanlarının aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etdiyi bildirilsə də, bu xüsusi vasitələrin nədən ibarət olduğu barədə məlumat verilmir.

Bu arada Ermənistan mətbuatı nümayişçilərin bir polisə xəsarət yetirdiyi barədə xəbər yayıblar.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR