Dünya İT infrastrukturu bazarında artım zəifləyib

Dünya İT infrastrukturu bazarında artım zəifləyib
14:35 25 İyun 2019
Ölkə mətbuatı
A- A+

“Canalys” şirkəti tədqiqat apararaq bu ilin birinci rübündə dünya informasiya texnologiyaları infrastrukturu bazarında artımın zəifləməsini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkətin məlumatlarında korporativ sinfə aid server, məlumat saxlama sistemləri və şəbəkə avadanlıqlarının tədarükü nəzərə alınıb.

 

Bildirilir ki, yanvar-martda sahənin pul ifadəsində həcmi 38,8 milyard dollar təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 4,8 faiz çoxdur. Müqayisə üçün: 2018-ci ilin birinci rübündə artım illik hesablamada 20 faizi üstələyib.

 

Cari ilin birinci yarısının yekunlarına görə, serverlər İT infrastrukturu bazarında mədaxilin ümumi həcmində 48,8 faiz paya sahib çıxıb. Daha 20 faiz məlumat saxlama sistemlərinin, 30 faiz isə şəbəkə avadanlıqlarının payına düşüb.

 

Daha çox ( 65 faiz) tələbat artımı şəbəkə qurğuları seqmentində qeydə alınıb. Məlumat saxlama sistemlərinin tədarük həcmi 4,6 faiz yüksəlib. Serverlər seqmentində 3,7 faiz artım qeydə alınıb.

 

Şirkət analitiklərinin proqnozlarına görə, bu ilin yekunları üzrə dünya informasiya texnologiyaları infrastrukturu bazarında ümumilikdə 6,4 faiz artım olacaq.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61492-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR