Fransada hidrogen yanacaqla işləyən avtobuslar istifadəyə verilib

Fransada hidrogen yanacaqla işləyən avtobuslar istifadəyə verilib
15:35 25 İyun 2019
Ölkə mətbuatı
A- A+

Hidrogen yanacağı ilə işləyən ilk elektrik avtobusları Uden şəhərində fəaliyyətə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, 6 ədəd elektrik avtobusu hər gün 13 km uzunluğunda marşrut xəttində hərəkət edəcək. Yeni ictimai nəqliyyatın damında qurulmuş çəndə 30 kq-dək hidrogen yerləşdirmək mümkündür, həmçinin orada qazı elektrik enerjisinə çevirən yanacaq elementi yerləşdirilib.

 

Xüsusi stansiyada yanacağın doldurulması həyata keçirilir, tam dolu çənə malik avtobus bütün günü işləyə bilər.

 

Yeni layihə karbon qazı tullantılarının həcmini azaltmaq üçün nəzərdə tutulub. Ekspertlərin qiymətləndirməsinə görə, azaltmanın səviyyəsi ildə 530 tonadək təşkil edəcək. Bundan başqa, nəqliyyat tamamilə səssiz və ekologiya üçün təhlükəsizdir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61494-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR