Sabahdan Bakıda havanın temperaturu enəcək

Sabahdan Bakıda havanın temperaturu enəcək
16:43 25 İyun 2019
235 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 26-dan Bakıda və Abşeron yarımadasında havanın temperaturu enəcək.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakını və Abşeron yarımadasını kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi iyunun 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq.

U.Tağıyeva qeyd edib ki, növbəti isti günlərin iyunun 28-29-da olacağı gözlənilir.

İyunun 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək. İlkin proqnoza görə, iyul ayının ilk günləri nisbətən sərin keçəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Umayra Tağıyeva

Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3081322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR