Almaniyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Almaniyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
16:47 25 İyun 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab diplomatik missiyasını başa vuraraq vətənə qayıdıb.
“Report” xəbər verir ki, o, bu barədə videomüracətində deyib.
“Sizinlə vidalaşmalıyam. Azərbaycanda üç illik diplomatik fəaliyyətim dövründə gözəl ölkənizlə yaxından tanış oldum. Hər yerdə insanlar məni mehriban qarşılayırdılar, ölkəmə qarşı sevgi hiss edirdim. Siyasi və iqtisadi təmaslar vasitəsilə, habelə təhsil proqramları vasitəsilə ölkələrimizi yaxınlaşdırmaq mənim üçün olduqca xoş olub. Mənə qarşı səmimiyyətiniz üçün sağ olun!”, - diplomat bildirib.
Xatırladaq ki, Mixael Kindsqrab 2016-cı ildən Almaniyanın Azərbaycandakı səfiri işləyirdi.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/almaniyanin-azerbaycandaki-sefiri-vetene-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR