Rasim Musabəyov Rusiyaya gedir

Rasim Musabəyov Rusiyaya gedir
17:17 25 İyun 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Müasir şəraitdə bələdiyyələrarası beynəlxalq əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda konfransda iştirak etmək üçün iyunun 26-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.
Bu barədə “Report”a parlamentin Mətbuat xidmətindən məlumat verilib.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi və Ümumrusiya Bələdiyyə Təşkilatları Konqresinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə deputatlar, aidiyyəti nazirlik və idarələrin nümayəndələri, özünüidarəetmə orqanlarının təmsilçiləri qatılacaqlar.
Toplantıda bələdiyyələrarası beynəlxalq əməkdaşlığın tənzimlənməsi və bununla bağlı hüquqi sahənin təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
Səfər iyunun 28-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/deputat-rusiyaya-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR