“Minsk 2019”: Azərbaycanın daha bir boksçusu 1/4 finala vəsiqə qazanıb

“Minsk 2019”: Azərbaycanın daha bir boksçusu 1/4 finala vəsiqə qazanıb
17:22 25 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan boksçusu Alfonso Dominges “Minsk 2019” II Avropa Oyunlarında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda belaruslu Mixail Dolqolevetslə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Dominges 1/4 finalda El Mohor (Belçika) - Yan Muzik (Çexiya) cütünün qalibi ilə döyüşəcək. Boksçu 1/16 finalda ukraynaStepan Qrekulanı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bu gün Cavid Çələbiyev (60 kq) moldovalı Dorin Buskanı məğlub edərək 1/4 finala yüksəlib.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/minsk-2019-azerbaycanin-daha-bir-bokscusu-1-4-finala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR