Deputat: "Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır"

Deputat: "Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır"
17:32 25 İyun 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) dövründə - 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan torpaqlarımızı azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. O dövrdə də Rus imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi: Azərbaycanlıların hərb elminə dərindən yiyələnməsi, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına mümkün qədər imkan verməmək.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Millət vəkilinin sözlərinə görə, sovet hakimiyyətinin bu siyasətinin mahiyyətini dərindən başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi:

"Uzaqgörən dövlət başçısı o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən idi. Ordu quruculuğuna isə 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə yenidən həkimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki bütün silahlı birləşmələr dövlətin tam nəzarətinə keçdi. Qısa zaman ərzində FüzuliAğdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun tərəfinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməyə məcbur oldu".

R.Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının diqqəti, qayğısı və rəhbərliyi ilə son illərdə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən gücü ordusuna çevrilib və öz hərbi potensialına görə dünyanın ən gücülü 50 ordusu sırasındadır. 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, 2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı işğaldan azad etmək əzmindədir. 26 iyun Azərbaycanın Milli Ordu Günü münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini, eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/766042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR