Lempard "Çelsi"ylə danışıqlara başladı

Lempard "Çelsi"ylə danışıqlara başladı
17:42 25 İyun 2019
107 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin Çempionşip təmsilçisi "Derbi" baş məşqçisi Frenk Lempardın Premyer Liqada çıxış edən "Çelsi"ylə danışıqlara başladığını açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, aşağı liqa təmsilçisi 41 yaşlı mütəxəssisə "zadəganlar"la danışıqlar aparmağa icazə verib.

İngiltərə mətbuatı Lempardın "Çelsi"ylə üç illik müqavilə bağlayacağını yazıb. London klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyəcək. O, bu vəzifədə italiyalı mütəxəssis Mauritsio Sarrini əvəz edəcək.

Codi Morris, Kris Cons, Klod Makelele və Co Edvards Lempardın məşqçi kollektivində çalışacaq.

Qeyd edək ki, İngiltərə millisinin sabiq futbolçusu 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/766024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR