Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
17:52 25 İyun 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb. 
"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 25-də bu barədə müvafiq qərar imzalayıb.
Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.
Sessiyanın müzakirəsinə 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələləri daxildir. 
 Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/naxcivan-ali-meclisinin-sessiyasi-cagirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR