Tbilisidə saxlanılan etirazçıların 54-ü həbsdə qalır

Tbilisidə saxlanılan etirazçıların 54-ü həbsdə qalır
21:42 25 İyun 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyasında saxlanılan 121 nəfər barədə inzibati həbs qərarı verilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, müxtəlif qanun pozuntularına görə saxlanılmış həmin şəxslərin bir qismi artıq azadlığa buraxılıb. Hazırda 54 nəfər həbsdə qalır.
Hazırda Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyaya qoşulan iştirakçıların sayı artmaqdadır. Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Aksiyaçıların tələbləri dəyişməz olaraq qalıb. Onlar daxili işlər naziri Giorgi Qaxarianın istefası və Tbilisidə iyunun 20-21-də keçirilən aksiya zamanı saxlanılan şəxslərin hamısının azadlığa buraxılmasını tələb edirlər.


Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-saxlanilan-etirazcilarin-54-u-hebsde-qalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR