Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI
22:05 25 İyun 2019
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməsi prosesini 46% sürətləndirir.

Milli.Az saglamolun.az-a istinadən saçların tökülməsinə qarşı qəhvə maskalarının reseptlərini təqdim edir.   

1. Qəhvə + yumurta

1 x.q. üyüdülmüş təbii qəhvənin üzərinə 2 x.q. qaynar su tökün, dəmləyin, soyudun, 1 çalınmış yumurta və 1 x.q. gənəgərçək yağını əlavə edib qarışdırın, saçlara çəkin (saçların köklərinə xüsusi diqqət edin!). Maskanı 30 dəqiqə saxlayın, sonra saçınızı yaxşı yuyun.

2. Qəhvə + soğan

1 x.q. təbii qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. soğan şirəsi və 1 x.q. ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Maskanı 30 dəqiqə saxlayın.

3. Qəhvə + rozmarin efir yağı

1 x.q. qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. zeytun yağı və 5 damcı rozmarin yağını əlavə edib, yaxşı qarışdırın. 30 dəqiə saxlayın.

Maskaları həftədə 2 dəfə olmaqla 1 ay ərzində istifadə edin. Sonra həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Reseptlərdə istifadə olunan soğan şirəsi və rozmarin yağı da kofeinlə yanaşı saçların tökülməsinə qarşı ən təsirli vasitələr kimi qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/766075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR