Gürcüstan Baş prokurorluğu deputatın həbsinə qərar verdi

Gürcüstan Baş prokurorluğu deputatın həbsinə qərar verdi
22:18 25 İyun 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Baş prokurorluğu parlamentin müxalifdə olan Vahid Milli Birlik Partiyasının deputatı Nika Melianın həbsi ilə bağlı qərar qəbul edib.

Deputat iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşların əsas təşkilatçılarından biri olmaqda şübhəli bilinir.

Baş prokurorluq Nika Melianın həbsinə icazə verilməsi ilə bağlı artıq parlamentə müraciət edib.

Məlumat üçün qeyd edək ki, Tbilisidə iyunun 20-si və 21-də etiraz aksiyası zamanı polislə vətəndaşlar arasında ciddi qarşıdurma yaranmışdı. İğtişaşlar zamanı 250-yə yaxın insan yaralanıb, 305 nəfər saxlanılıb.

Baş verən hadisədə səlahiyyət həddini aşdığına görə, 10 polis əməkdaşı işdən qovulub, iki polis əməkdaşı barəsində cinayət işi açılıb.

Artıq saxlanılan etirazçıların 55-i azadlığa buraxılıb (Azərtac).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/282948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR