Fuad Abbasovun atası: "Oğlumun Azərbaycana göndəriləcəyi ilə bağlı ümidimizi üzmüşdük"

Fuad Abbasovun atası: "Oğlumun Azərbaycana göndəriləcəyi ilə bağlı ümidimizi üzmüşdük"
23:02 25 İyun 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

"Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük".
Bunu Rusiyadan Azərbaycana deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov "Report"a açıqlamasında deyib.
"Biz ümidimizi kəsmişdik. Düşünürdük ki, orada (Rusiyada – red.) onun əleyhinə işləyənlər var. Bu gün eşitdik ki, Fuadı Azərbaycana yola salıblar. Çox şadam, millətimdən razıyam.
Fuadın heç bir günahı olmayıb, o cinayət edəcək insan da deyil. İstərdim ki, Fuad azərböaycanda qalsın, bir mövqe tutsun, yaşasın yaratsın", - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fuad-abbasovun-atasi-oglumun-azerbaycana-gonderileceyi-ile-bagli-umidimizi-uzmusduk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR