Həccin mükafatı nədir?

Həccin mükafatı nədir?
23:52 25 İyun 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

İmam Baqirdən (ə) soruşurlar ki, niyə Allah evinin ziyarətini həcc adlandırıblar? Əziz İmam (ə) buyurur: "Filankəs həcci yerinə yetirdi, yəni nicat tapanlardan oldu".

İmam Səccad (ə) buyurur: "Həcc və ümrəni yerinə yetirin ki, bədəniniz salamat olsun. Ruziniz çoxalsın".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünya və axirət istəyir - Allah evinə getsin".

İmam Səccad (ə) buyurur: "Beytullahın zəvvarı bağışlanar və behişt ona vacib olar. Əməllərinə əvvəldən başlayar və malı qorunmuş olar".

İmam Sadiqdən (ə) soruşurlar ki, çoxlu borcumuz vardır və həccə getməyə imkanımız yoxdur. Ona görə də bizə dua öyrədin. İmam (ə) buyurur: "Hər vacib namazdan sonra bu duanı oxuyun: "Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və mənim dünya və axirət dinimi əda et!".

Soruşurlar ki, dünya dini məlumdur, bəs axirət dini hansıdır?

İmam (ə) buyurur: "Axirət dini - həccdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah evinin ziyarətinə gedənlər üçün atdıqları hər addıma görə həsənə qeyd olunar və ayaqlarını qoyan zaman bir günahı bağışlanar.

Həcc əməlindən ayrılan zaman onlara elan olunar ki, tikili inşa etmisiniz və onu xarab etməyin. Keçmiş günahlarınız bağışlanmışdır və bundan sonra yaxşı əməllər yerinə yetirin".

İmam Baqir (ə) buyurur: "Hər kim Quranı Məkkədə xətm edər - dünyadan getməz, məgər o halda ki, Peyğəmbəri (s) və behiştdəki yerini görər".

İmam Sadiq (ə) buyurur: "Allah, sükut və Onun evinə tərəf getməklə daha üstünü ilə ibadət olmamışdır".

İmam Baqir (ə) buyurur: "Allah o həcc və ümrəni ki, xərci haram maldan təmin edilər - qəbul etməz".

İmam Baqir (ə) buyurur: "Məscidul-Həramda qılınan bir namaz, başqa məscidlərdə qılınan yüz min namazdan daha üstündür".

İmam Sadiq (ə) buyurur: "Hər kim hacı ilə görüşər və ona əl verər - sanki Həcərul-əsvədə əl çəkmişdir".

İmam Səccad (ə) buyurur: "O zaman ki, hacı qurban kəsər - qurbanlığı Qiyamət günü atəşdən azadlığının qiyməti olar".

İmam Baqir (ə) buyurur: "O kəslər ki, həccə gedər və ümrə yerinə yetirərlər - onlara hörmət edin. Bu iş sizin üçün vacibdir".

İmam Sadiq (ə) buyurur: "O zaman ki, sizlərdən biriniz həcci yerinə yetirər, həccini Mədinədə bizi ziyarət etməklə xətm etsin ki, bizi ziyarət etmək - həccin tamam olması deməkdir".

İmam Sadiq (ə) buyurur: "Hər kim Kəbəyə nəzər salar, davamlı olaraq ona həsənə yazılar. Günahı məhv olar o zamana qədər ki, gözünü Kəbədən çəkər".

Həzrət Peyğəmbər (s) buyurur: "Həccin mükafatı - behiştdir. Ümrə - hər günahın kəffarəsidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/765069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR